“Reklam qurğularına Texniki Tələblər”ə edilən dəyişikliklər ilk olaraq Bakıda tətbiq olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Rekam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov məlumat verib.
Sədrin sözlərinə görə, layihə fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə hazırlanıb: "Bu, beynəlxalq təcrübədən yararlanaraq ərsəyə gəlib.
A.İbadov qeyd edib ki, Bakı şəhəri ərazisində tarixi, mədəni, memari dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi əsas tutularaq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb: "Sahibkarlar nəzərə alınaraq onların fəaliyyətinə çətinlik yaratmamaq məqsədilə qərarın icrası mərhələli şəkildə həyata keçiriləcək".
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb