2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372.2 milyon dollar təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% və ya 205.6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577.8 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycana ən çox xarici investisiya Biritaniya və Türkiyədən yatırılıb. Hesabat dövründə Azərbaycana Biritaniyadan 1 milyard 367 milyon dollar, Türkiyədən isə 872.9 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə müvafiq olaraq 8.2% və 16% çoxdur.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb