Azərbaycan gələn il martın 5-8-i Yaponiyanın paytaxtı Tokioda keçiriləcək "Foodex Japan 2024" beynəlxalq qida və içki sərgisində, martın 10-12-si isə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein 2024" beynəlxalq şərab sərgisində iştirak edəcək.
“İki sahil” bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, AZPROMO artıq bununla bağlı hazırlıqlara başlayıb.
"Foodex Japan 2024" sərgisinin 60-dan çox ölkədən 2 500-dən çox şirkəti bir araya gətirməsi gözlənilir. “ProWein 2024” sərgisi isə şərabçılığa həsr olunmuş aparıcı ticarət yarmarkalarından biridir.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb