Dünyanın aparıcı kriptovalyutası - bitkoin 42,3 min ABŞ dollarına kimi ucuzlaşıb.
“İki sahil” xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,3 %, son 7 gündə isə 3,54 % azalıb. Nəticədə bitkoinin kapitallaşması 827 milyard ABŞ dollarına kimi enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,2 %, son bir həftədə isə 4,47 % azalaraq 2 249 ABŞ dollarına düşüb.
İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər itirən “Solana” olub. Kriptovalyuta son bir sutkada 5,37 %, son bir həftədə isə 3,1 % ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,6 trilyon ABŞ dollarıdır.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb