Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq.
“İki sahil”in “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib.
Nazir müavini qeyd edib ki, əldə olunan razılaşmaya əsasən, layihənin reallaşdırılmasına 2024-cü ilin əvvəlində, yarım ay sonra başlamağı planlaşdırırlar. Şəhriyar Əfəndizadə 162 km uzunluqdakı bu dəmir yolu xəttinin gələn il İran üçün ən vacib dəmir yolu xətti layihəsi olduğunu vurğulayıb.
Rəşt-Astara dəmir yolu Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizi isə öz növbəsində Azərbaycan, Rusiya, İran və Hindistanın nəqliyyat kommunikasiyalarını inteqrasiya edəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb