Ötən il ərzində ən uğurlu layihələrdən biri parkinq sahəsində görülən işlər olub.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O əlavə edib ki, artıq 17 mindən çox parklanma yeri təşkil olunub və proses başa çatmaq üzrədir: "Biz daim mövcud parklanma yerini təhlil edəcəyik. Piyadaların mobilliyinin təminatı, skuter istifadəçilərinin velosiped yollarından istifadə etməsi üçün daha da rahat şəraitin yaradılması əsas hədəflərdəndir".
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb