Bu günə qədər Türkiyə Azərbaycan iqtisadiyyatına 15,2 milyard ABŞ dolları investisiya yatırıb.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Türk iş adamları birlikləri ilə əməkdaşlıq" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, bunun 11,7 milyard ABŞ dolları neft-qaz sektorunun, 3,5 milyard ABŞ dolları isə qeyri-neft-qaz sektorunun payına düşüb.
"Bu günə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan Türkiyə kapitallı kommersiya qurumlarının sayı təxminən 5 670-dir: "Bunun 4 mindən çoxu aktivdir. Xüsusilə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Türkiyə şirkətlərinin rolu danılmazdır", - deyə sədr əlavə edib,
O həmçinin bildirib ki, Azərbaycan da Türkiyə iqtisadiyyatına aktiv şəkildə investisiya yatırır və bu baxımdan digər ölkələrə qoyulan pullarla müqayisədə Türkiyə ilk yerdədir.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb