2030-cu il üçün əsas hədəf Azərbaycanda daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatın təşkil edilməsidir.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, məqsəd şəhərin mərkəzində şəxsi avtomobillərdən istifadəni azaltmaqdır: “Hədəflərə nail olmaq üçün birinci mərhələdə - 2025-ci ilə qədər 300 milyon səfəri şəxsi nəqliyyat vasitəsindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır”.
"Bakının ən yaxşı şəhərlər reytinqində ilk 30-luğa daxil olması əsas hədəflərdəndir. Yol-nəqliyyat hadisələrinin sayının azaldılması da əsas məqsədlərdəndir", - deyə nazir müavini əlavə edib.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb