2022-ci ildə Azərbaycanda səfərlərin təşkil olunmasında ictimai nəqliyyatın payı 17 faizdir. Digər oxşar şəhərlərdə ictimai nəqliyyatla səyahət 39 faiz təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O bildirib ki, səfərlərin 11 faizi metro, 5 faizi dəmiryolu, 40 faizi şəxsi nəqliyyat, 12 faizi isə taksi vasitəsilə həyata keçirilir: "Səfərlərin 20 faizi piyada, velosiped və mikromobillik səfərləridir".
A.Rzayev qeyd edib ki, növbəti illərdə əsas hədəflərdən biri məhz ictimai nəqliyyatla səfərlərin təşkilində faiz artımına nail olunmasıdır.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb