Bakı metrosunda qatarlar arasında intervalın bir qədər də azaldılması üçün addımlar atılacaq.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.
"Metrodan istifadənin daha da genişlənməsi gözlənilir. Dövlətin metroya diqqəti böyükdür. Məhz bu diqqət nəticəsində indiyə qədər yeni vaqonlar alınıb və bundan sonra da alınacaq", - deyə o qeyd edib.
Nazir müavini həmçinin yollarda aparılan rənglənmə işlərinin keyfiyyətiz olması barədə deyilənlərə də münasibət bildirib: "Bu rənglənmə zamanı tələb edilən maddənin miqdarının normadan az olması ilə bağlıdır və onun da keyfiyyətinin artırılması istiqamətində addımlar atılır".
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb