Azərbaycan gələn il fevralın 6-9-da Türkiyənin İstanbul şəhərində keçiriləcək 27-ci Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisində (EMITT) iştirak edəcək.
"İki sahil” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər.
Məlumata görə, agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb. Dünyanın 5 ən böyük turizm sərgisindən biri olan EMITT hər il minlərlə mütəxəssisi, müxtəlif ölkələrdən kurortları və turizm şirkətlərini bir araya gətirir. Bu il baş tutmuş eyni sərgidə 95 ölkədən 28 815 ziyarətçi və 600-ə yaxın iştirakçı olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb