"Gələn il Azərbaycanın bank sektorunun mənfəətliliyi sabit qalacaq və 2022-ci il səviyyəsində olacaq".
“İki sahil” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə gözləntilərində bildirilib.
Qeyd edilib ki, sabit gəlirliliyin əsasını pərakəndə məhsullara diqqət yetirməklə yeni kredit artımı, riskin maya dəyərinin normallaşdırılması və əməliyyat xərclərinə nəzarət təşkil edəcək.
Bununla belə, “S&P" hesab edir ki, problemli kreditlər 3,5%-dən növbəti 2 il ərzində 4,0%-4,5%-ə qədər arta bilər. Agentlik həmçinin, 2023-2024-cü illərdə kredit itkilərinin isə ümumi portflelin 1,0%-1,2%-i səviyyəsində qalacağını əlavə edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bankları 914.5 mln. manat, 2023-cü ilin 10 ayında isə 908.2 mln. manat xalis mənfəət əldə edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb