2023-cü ilin yanvar-sentyabr ayları ərzində Macarıstan Azərbaycan iqtisadiyyatına 143 milyon 599 min dollar investisiya qoyub.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə və ya 87.7 milyon dollar artıb. Ötən ilin müvafiq dövründə Macarıstandan Azərbaycana 55 milyon 824 min dollar investisiya yönəldilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana cəlb edilən birbaşa investisiyaların ümumi həcmi 4 milyard 372.2 milyon dollar olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb