19 dekabr 2023 11:10
241

İtaliya dövlət orqanlarının İT sistemləri kiber hücumlara məruz qalıb

İtaliya dövlət orqanlarının informasiya sistemləri irimiqyaslı kiber hücumlara məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya KİV-i məlumat yayıb.

Məlumata görə, kiber hücumların "Lockbit" haker qrupu tərəfindən olunduğu ehtimal edilir. Virusun verilənlər bazasının şifrəsini qırdığı və hakerlərin ödəniş tələb etdiyi qeyd olunur.

"La Repubblica" qəzeti zərərin miqyasının hələ hesablanmadığını yazır. Haker qrupunun əmək haqqının və elektron hesab sistemlərinə daxil olduğu qeyd olunub.

Hazırda İtaliyanın Milli Kibertəhlükəsizlik Agentliyinin texniki mütəxəssisləri araşdırma ilə məşğuldur.