Çinin bir sıra iş adamlarından ibarət nümayəndə heyətinin Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) səfəri baş tutub.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə keçirilən görüşdə iş adamlarına ƏAİZ-in unikal qanunvericilik bazası, investorlara təqdim edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi, habelə ƏAİZ-in strateji coğrafi mövqeyi, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və nəqliyyat-logistika mərkəzləri haqqında geniş məlumat verilib.
Mobil telefon, elektrik avtomobilləri, avtobuslar, tekstil avadanlığı və məhsulları, inşaat materialları və s. istehsal edən müəssisələrin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ƏAİZ-də investorlar üçün təşkil olunmuş biznes mühiti böyük maraqla qarşılayıb, gələcəkdə ƏAİZ-də qeyd olunmuş məhsulların istehsalı üzrə müəssisələr yaratmaq niyyətində olduqlarını bildiriblər.
Səfərin sonunda iş adamları ƏAİZ-də yaradılmış əlverişli şəraitlə yaxından tanış olublar.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb