Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları kredit ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə qərarı Bankın Direktorlar Şurası qəbul edib.
ASCO beynəlxalq genişlənmə strategiyasına uyğun olaraq həmin vəsaitlə 2 quru yük gəmisi alacaq. Bu layihə dövlət şirkətinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi kimi regional əlaqələrini gücləndirməyə, Xəzər dənizindən kənarda - beynəlxalq sularda ticarət donanması əməliyyatlarının sayını artırmağa imkan verəcək. Kredit müqaviləsi çərçivəsində ASCO üzərinə yaxın gələcəkdə beynəlxalq “Yaşıl maliyyə bazarı”na daxil olmaq məqsədi ilə dayanıqlığa bağlı kredit çərçivəsi hazırlamaq öhdəliyi də götürəcək.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb