Azərbaycanda Reklam Məlumat Mərkəzi yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) Aparat rəhbəri Nahid Qasımov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə məlumat verib.
"Dövlət Agentliyi 2023-cü ildə rüsum və yayım haqlarının yığımında yüksək nəticə əldə edib. ADRA fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlara uyğun olaraq davam etdirir. Yaxın gələcəkdə açıq məkanda mövcud reklam qurğularının Reklam Məlumat Mərkəzi, Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq", - deyə o diqqətə çatdırıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb