2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 120 milyon 847 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
“İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 20.9 milyon dollar çoxdur. 2022-ci ilin ilk 11 ayında Azərbaycana 99 milyon 899 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.76% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 249.8 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% çoxdur.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb