Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaranan avtomobil sıxlığı azalacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Mərkəzin əməkdaşları ərazidə təhlillər aparıblar. Qeyd olunan kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb. Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər. Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün svetoforda əlavə sağa dönmə seksiyası quraşdırılıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb