Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Pekin istiqamətində birbaşa reysini uğurla həyata keçirib. AZAL-ın təyyarəsi dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib.
AZAL-dan "İki sahil"ə verilən məlumata görə, reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.
Tədbirdə bu marşrutun iki ölkə arasındakı iqtisadi, siyasi, mədəni və turizm əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.
Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb