Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb, xidmət Yeni Klinikada həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir çox xarici ölkələrdən Azərbaycana səyahət edən şəxslər var: "Tibbi turizmin ölkədə inkişafı ilə bağlı bir çox xarici dövlətlərlə əməkdaşlıq etmək üçün ilkin planlar hazırlanıb, müzakirələr gedib. Bir çox ölkələrin turizm şirkətləri və qurumları ilə danışıqlar olub. Vətəndaşlar tibbi xidmət üçün əvvəl xarici ölkələrə müraciət edirdisə, artıq Azərbaycanda da bu imkanlar yaradılacaq".
V.Qurbanov əlavə edib ki, İlk növbədə, tibbi turizm xidmətinin Yeni Klinika üzərindən həyata keçirulməsi nəzərdə tutulur: "Çünki bu tibb müəssisəsi həm şərait, həm təchizat, həm də tibbi xidmətin göstərilməsi baxımından uyğundur. Gələn il üçün nəticələri görəcəyik".
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb