Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 787,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da adıçəkilən ölkənin ümumi ixracının 14,1 %-i deməkdir.
"İki sahil” Gürcüstanın milli statistika idarəsinə istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan qonşu ölkənin ən böyük idxalçısı olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxalı 32,3 % artıb.
Siyahıda 2-ci yerdə 710,7 milyon ABŞ dolları ilə Ermənistan və 649,2 milyon ABŞ dolları ilə Qazaxıstan qərarlaşıb.
11 ay ərzində Gürcüstan 5 milyard 584,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 80,5 %-i 10 ölkənin payına düşüb.
Hesabat dövründə Gürcüstanın ümumi idxalının dəyəri 14 milyard 28,5 milyon ABŞ dolları olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb