20 dekabr 2023 19:33
262

Netanyahu HAMAS-a qarşı müharibənin sona qədər aparılacağını deyib

İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-a qarşı apardığı müharibəni sona qədər davam etdirəcəyini deyib.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Netanyahu yaydığı bəyanatda bildirib.

"Biz müharibəni sona qədər davam etdiririk. HAMAS məhv edilənə qədər - qələbəyə qədər bu davam edəcək. Dayanacağımızı düşünənlər reallığa bağlı deyil. Qarşımıza qoyduğumuz bütün məqsədlərə çatana qədər mübarizəni dayandırmayacağıq: HAMAS-ın ləğvi, girovlarımızın azad edilməsi və Qəzzadan bizim üçün olan təhlükənin aradan qaldırılması. Biz HAMAS-a cəhənnəm atəşi ilə hücum edirik".

İsrail hökumət başçısı bildirib ki HAMAS-a qarşı hücum müxtəlif istiqamətlərdən həyata keçirlir. "Birincidən sonuncuya qədər bütün HAMAS terrorçuları məhv ediləcək. Onların yalnız iki yolu var: ya təslim olmaq, ya da ölmək".