Naxçıvanda ən çox ziyarət edilən ünvanlardan biri olan “Əshabi-Kəhf” yolunda əsaslı yenidən qurma işlərinə başlanılıb.
“İki sahil” xəbər verir ki, 1998-ci ildə istismara verilən və hazlrda yararsız hala düşən 14 km-lik yolun yenidən qurulması işlərinə start verilib.
İnşaatla bağlı yolun müvafiq hissələrində xəbərdaredici nişanlar da quraşdırılıb. Hazırda yararsız asfalt örtüyü götürülür və yol yatağı genişləndirilir. Yolun daha möhkəm və uzunömürlü olması üçün asfaltdan öncə çınqıl və digər müvafiq materiallar verilərək bərkitmə işləri aparılır.
Bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarət olan yolun asfalt hissəsi 7 metr, torpaq hissəsinin eni isə 10 metr olacaq. Hazırda yolun 1 km-nin 70-80 faiz işləri görülüb. Yol boyunca suların ötürülməsi məqsədi ilə 41 yerdə metal boru quraşdırılacaq. 15 min metr uzunluğunda beton su kanalları quraşdırılacaq.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb