Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi (ATTN) fəaliyyətə başladığından indiyədək Türkiyədə 60-dan artıq görüşdə iştirak edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya forumu"nda çıxışı zamanı deyib.
“Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi 2023-cü ilin iyun ayından fəaliyyətə başlayıb. Bu müddətdə Türkiyədə 60-dan artıq görüşdə iştirak etmişik. Türkiyəli iş adamlarına mövcud imkanlar və investisiya perspektivləri haqda məlumat verərək onları ölkəmizə dəvət etmişik”, - Tamerlan Tağıyev qeyd edib.
Onun sözlərinə görə, bu səfərlərin nəticəsi olaraq layihələr üzrə biznes planlar hazırlanır, yeni iş birliyinin yaradılması üçün addımlar atılır.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb