Sağlamlıq turizminin inkişafı kompleks tədbirlərdən asılı olduğundan Səhiyyə Nazirliyi tərəfindən bu sahədəki aidiyyəti dövlət qurumları ilə fəal iş aparılır.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı deyib.
O qeyd edib ki, Dövlət Turizm Agentliyi ilə birlikdə Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı layihə üzərində işlər davam etdirilir.
Nazir işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri zamanı turizm infrastrukturunun inkişafı istiqamətində işlərin görüldüyünə diqqət çəkib: "Qarabağ və Şərqi Zəngəzurdakı mövcud təbii ehtiyatlar, iqlim şəraiti sağlamlıq turizminin inkişafı üçün unikal şərait yaradır".
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb