Kəlbəcər rayonunda yaradılacaq İstisu və Zülfüqarlı rekreasiya zonaları sırf sağlamlıq turizmi baxımından ixtisaslaşacaq.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda panel müzakirələrində bildirib.
"Ümumilikdə Kəlbəcərdə 5 rekreasiya zonası olacaq. Bunlardan 2-də sağlamlıq turizminin inkişafı üçün çalışacağıq. Bundan əlavə, gələcəkdə İstisu və Zülfüqarlıya investisiya qoyuluşu potensialı olacaq", - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialının çox böyük olduğunu deyən R.Əliyev həmçinin deyib ki, gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək: "Tədbirə beynəlxalq ekspertlər cəlb olunacaq və dünya təcrübəsinə yiyələnmək üçün müzakirələr aparılacaq".
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb