Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq portfelinin genişləndirməsi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla keçirdiyimiz görüşdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının dinamik inkişafını, ikitərəfli ticarət dövriyyəsinin son iki ildə 50 %-dən çox artdığını, uğurlu investisiya tərəfdaşlığımızı məmnunluqla vurğuladıq. Ölkələrimizin müttəfiqliyinin təzahürü olan iqtisadi əməkdaşlıq portfelimizi genişləndirmək və yeni hədəflərə çatmaq üçün mövcud potensialı reallaşdırmağa davam edəcəyik", - deyə o qeyd edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb