Azərbaycanda 2003-cü ildən sonrakı özəlləşdirmə prosesi çərçivəsində 23 mindən artıq kiçik müəssisə və obyekt satılıb.
“İki sahil” xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində 300 mindən artıq yeni iş yeri açılıb.
"Ümumi daxili məhsulda özəl sektorun payının artmasında dövlət əmlakının özəlləşdirilməsinin mühüm rolu var", - deyə ASK prezidenti qeyd edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb