Bakının Baş Planı üzərində iş başa çatıb və tezliklə təsdiq ediləcək.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mütəxəssislərin Bakıya gəlmək imkanı olmayıb, odur ki, məsələ bir az uzanıb. Sənəd hazırdır. Bir qədər əvvəl Bakıda və Sumqayıtda müəyyən sərhəd dəqiqləşmələri olub və bu məsələlər Baş Plana daxil edilib, yaxın günlərdə sənəd Nazirlər Kabinetinə yenidən təqdim ediləcək və tezliklə təsdiq olunacaq", - deyə o qeyd edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb