2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun mövzusu "Sülh şəraitində davamlı inkişaf edən şəhərlər və qəsəbələr" olacaq.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakının Forumun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycan postmünaqişə dövrü ilə bağlı çox böyük təcrübə əldə edib. Biz dağılmış evləri təmir etməklə yanaşı, sıfırdan yeni, müasir şəhərlər inşa edirik. Artıq o şəhərlərə insanlar köçməyə başlayıb. Ona görə də Azərbaycanın bu təcrübəsi bir çox ölkələrə maraqlıdır", - deyə o qeyd edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb