"Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə “İki sahil”ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb