UN-Habitat (BMT-nin Məskunlaşma Proqramı) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olan kəndlərdən ikisinin lahiyələndirilməsində iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirb ki, UN-Habitat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə yerləşir.
A.Quliyev vurğulayıb ki, UN-Habitat-ın təşəbbüsü ilə insanyönümlü "ağıllı şəhər"lər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniş tərkibli ekspertlər qrupu formalaşıb ki. Bu qrupa 2 Azərbaycan eksperti də daxildir.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb