“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 08:05-də Bakıdan Rusiyanın Həştərxan şəhərinə yerinə yetirməli olduğu reys gecikir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “İki sahil”ə bildirilib ki, gecikməyə səbəb Həştərxan hava limanında hava şəraitinin əlverişsiz olmasıdır. Bakıdan uçuş gecikdiyi üçün təyyarənin Həştərxandan saat 10:40-da nəzərdə tutulan geri dönüşü də gecikəcək.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb