Bu ilin yanvar-noyabr aylarında "Azərenerji" ASC 3 milyard 923 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 379,3 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 dəfə və 5,9 dəfə çoxdur.
Hesabat dövründə elektrik enerjisinin ixracından gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərində 1,2 %, qeyri-neft sektoru üzrə ixrac gəlirlərində isə 12,5 % paya malik olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb