23 dekabr 2023 18:25
305

PFL "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu ilə bağlı məlumat yaydı

Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edilib ki, Peşəkar Futbol Liqası, hakimlər, oyun rəsmiləri və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.