Bu ilin yanvar-noyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 51,3 milyard manat təşkil edib.
Bakı Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə, sənaye məhsulunun 79,3%-i mədənçıxarma, 17,9%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 86,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,3% təşkil edib.
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2023-cü il vəziyyətinə 459,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub”, - məlumatda qeyd olunur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb