Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Türkmənistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıraraq, 107,9 milyon dollara çatdırıb.
"İki sahil"in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə Türkmənistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 32,3 faiz azaldaraq, 8,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq, 13,5 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,6 faiz azdır.
Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb