Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108,234 milyon manat sığorta haqqı toplanılıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497,466 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45,8 manat olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb