"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasının pilotu Maks Ferstappen 2023 mövsümündə öz çıxışı barədə fikirlərini bölüşüb.
“İki sahil” “Motorsport” nəşrinə istinadən xəbər verir ki, sürücü ən yaxşı və uğursuz hesab etdiyi Qran-pridən danışıb.
Təcrübəli idmançı Spa-Frankorşamda keçirilmiş Belçika Qran-prisində çox güclü həftəsonu keçirdiyini söyləyib. O, Yaponiya da yaxşı çıxış etdiyini bildirib: "Ən pis mərhələ isə Bakıda idi. Hadisələrin axarı mənim üçün uğurlu deyildi. Bundan razı qalmadım".
Qeyd edək ki, 2023 mövsümündə çempion olan Ferstappen 22 mərhələnin 19-da qalib gəlib. Aprelin 30-da baş tutan Azərbaycan Qran-prisində onun komanda yoldaşı Serxio Peres birinci yeri tutub. Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü yerlə kifayətlənib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb