Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə "Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası" keçirilib.
Agentlikdən "İki sahil"ə verilən xəbərə görə, yarmarkada iştirak 180-dən çox tələbəyə müxtəlif dövlət qurumları, təhsil müəssisələri, eləcə də turizm sənayesinin müxtəlf istiqamətləri üzrə fəaliyyət göstərən müəssisələr (yerləşmə, iaşə və əyləncə, startaplar) daxil olmaqla 31 müəssisə üzrə iş imkanları təqdim edilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd tələbələrin iş imkanlarına əlçatımlığının təmini və rəqabətqabiliyyətli kadrların sənaye ilə birbaşa əlaqələrinin genişləndirilməsidir.
Tədbir Dövlət Turizm Agentliyinin “Azərbaycanın Turizm Strategiyası 2023-2026” sənədinin 9 təməl prioritetlərindən biri olan turizm sektorundan insan resurslarının inkişafı istiqamətlərini hədəfləyir.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb