Nazirlər Kabineti 24 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına, eləcə də ölkədaxili sifarişli daşımalara, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi, taksi sifarişi operatoru fəaliyyətinə isə icazə veriləcək.
İndiyə qədər bu xidmətlərin göstərilməsi üçün “İcazə” blankı, “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” verilirdi.