Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin 2026-cı ildə yekunlaşması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.
Onun sözlərinə görə, Ağdam şəhərinin Baş Planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir: “Şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub”.
O bildirib ki, 189,7 km-lik yolun 17,5 km hissəsində 6-8 zolaqlı olmaqla torpaq yatağının eni 55-60 metr, 50 km hissəsində torpaq yatağının eni 35-40 metr olmaqla hərəkət zolaqlarının sayı 4 ədəd, 122,2 km hissədə isə hərəkət zolaqlarının sayı 2 olmaqla torpaq yatağının eni 20-24 metr təşkil edəcək: “Gördüyünüz kimi, artıq tikinti işlərinə başlanıb. Birinci mərhələ üzrə avtomobil yollarının 58,7 km-lik hissəsinin tikintisi nəzərdə tutulub. Ümumilikdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub”.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb