Bu il Azərbaycanda daşıyıcılara 1 235 ədəd "TİR Karnet" kitabçası verilib.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib.
"Bu kitabça imkan verir ki, yüklər sərhəd-keçid məntəqələrində açılmasın", - deyə o qeyd edib.
Bundan başqa, ABADA rəsmisinin sözlərinə görə, bu il 1305 daşıyıcı, 178 operatorun məsul şəxsi beynəlxalq daşımalara dair təlimə və tədrisə cəlb edilib, onlara şəhadətnamə verilib: "260 daşıyıcıya isə təhlükəli yüklərin daşınması barədə təlim keçirilərək, şəhadətnamələr verilib".
O, yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib