Aqrar Sığorta Fondu Cəlilabad, Biləsuvar, Yardımlı və Lerik rayonlarında təsərrüfatlarını sığortalanmış fermerlərə 40 min manatdan çox sığorta ödənişi verib.
"İki sahil" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları ödənişi qeyri-sabit hava şəraiti - dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində dəymiş ziyana görə alıblar. Kompensasiya Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə ödənilib.
Biləsuvar rayonunda təşkil edilmiş tədbirdə bildirilib ki, bu ilin yanvar-noyabr aylarında Aqrar Sığorta Fondu zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödəniş edib və bu məbləğ günü-gündən artmaqdadır.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib