Bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 991,2 milyon manatlıq əməliyyat aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.
Təkcə bu ilin noyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 181,8 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 15 % çoxdur.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib