Maliyyə Nazirliyi 2024-cü ildə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini təqdim etməlidir.
“İki sahil”in xəbərinə görə, bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.
Maliyyə Nazirliyinə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində təqdim etmək tapşırılıb.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib