Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.