Yanvarın 6-da axşam saatlarında “Azəricard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Azericard" məlumat yayıb.
Qeyd edək ki, ötən gecə “Azəricard”ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir).
Trend-in sorğusuna cavab olaraq, "Rabitəbank" və ABB texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyiblər.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib