Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana hazır geyim məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıraraq 79,1 milyon dollara çatdırıb.
"İki sahil"in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 29 faiz azalaraq 6,4 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
Agentliyin nümayəndələri İspaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq